Modern.az

İstanbulda Rusiya-ABŞ danışıqları başa çatdı - YENİLƏNİB

İstanbulda Rusiya-ABŞ danışıqları başa çatdı - YENİLƏNİB

Dünya

10 Aprel 2025, 16:57

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında iki ölkə əlaqələrinin normallaşdırılmasını müzakirə etmək üçün aparılan danışıqların ikinci raundu başa çatıb.

Modern.az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, danışıqlar beş saat yarım davam edib.

Qeyd edilir ki, görüşün keçirildiyi Rusiya Baş Konsulluğunu ilk olaraq Amerika nümayəndə heyəti tərk edib.

***

10:08

Bu gün İstanbulda Rusiya və ABŞ arasında məşvərətçi danışıqların növbəti raundu keçiriləcək.

Modern.az xəbər verir ki, bu, nümayəndə heyətləri arasında məsləhətləşmələrin ikinci mərhələsi olacaq.

Məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu