Modern.az

Ağ Evdə kuryoz hadisə: Trampı keçmiş müşavirlə calaşdırdılar

Ağ Evdə kuryoz hadisə: Trampı keçmiş müşavirlə calaşdırdılar

Dünya

10 Aprel 2025, 12:32

Ağ Evdə kuryoz hadisə baş verib.

Modern.az xəbər verir ki, “CBS Nyus” telekanalının məlumatına görə, Ağ evin əməkdaşları prezident Donald Trampı səhvən keçmiş milli təhlükəsizlik müşaviri Herbert Makmasterlə əlaqələndiriblər.

Məlumata görə, martın 3-də Trampın keçmiş müşaviri Makmasterə Ağ Evdən zəng edilərək Amerika liderinin onunla danışmaq istədiyini bildiriblər. Herbert Makmaster bu zəngdən xeyli təəccüblənib.

Çünki bir gün əvvəl Tramp Vaşinqtonun Moskva ilə bağlı mövqeyini tənqid etdiyinə görə “Truth Social” sosial şəbəkəsində Makmasteri “zəif və tamamilə təsirsiz uduzan” adlandırmışdı.

“Bura bax Henri”,- deyə Tramp söhbətə başlayanda Herbert Makmaster anlayıb ki, prezidenti səhvən onunla calaşdırıblar. "Cənab prezident, bu Henri deyil, Herbert Makmasterdir", - deyə keçmiş müşavir Trampa bildirib. Bunu eşidən Tramp qəzəblənərək kobud ifadələr işlədib.

"Mən hansı cəhənnəmə Herbert Makmasterlə danışmalıyam?", - deyə Tramp keçmiş köməkçisinə qışqıraraq telefonun dəstəyini asıb.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?