Modern.az

Avropa ABŞ-yə qarşı tariflərin tətbiqini təxirə salır

Avropa ABŞ-yə qarşı tariflərin tətbiqini təxirə salır

Dünya

10 Aprel 2025, 14:54

Avropa İttifaqı ABŞ-a qarşı aprelin 15-də qüvvəyə minəcək tarifləri 90 gün müddətinə təxirə salıb.

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen məlumat verib.

“Prezident Trampın açıqlamasını nəzərə aldıq. Biz danışıqlara şans vermək istəyirik. Üzv dövlətlərimizdən güclü dəstək görən Aİ-nin əks tədbirlərinin qəbulunu yekunlaşdırarkən, biz onları 90 gün müddətinə təxirə salacağıq”, - o, sosial media hesabında yazıb.

Leyenin sözlərinə görə, danışıqlar qənaətbəxş olmasa, əks tədbirlər işə düşəcək: “Qarşılıqlı tədbirlərlə bağlı hazırlıq işləri davam etdirilir. Daha əvvəl dediyim kimi, bütün variantlar masadadır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu