Modern.az

Bakıdakı gizli görüşün DETALLARI

Bakıdakı gizli görüşün DETALLARI

Dünya

10 Aprel 2025, 15:35

Xəbər verdiyimiz kimi, Türkiyə və İsrail arasında ötən gün Bakıda görüş keçirilib. Görüşdə Suriya ərazisində qarşıdurmadan yayınmaq məqsədilə yeni bir mexanizm yaradılması üçün danışıqlar başlayıb.

Modern.az-ın məlumatına görə, “Times of Israel” İsrail rəsmisinə istinadən görüşün bir sıra detallarını açıqlayıb.

"Suriyada xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı istənilən dəyişikliyin “qırmızı xətt” olduğunu Azərbaycanda Türkiyə tərəfinə açıqladıq", - İsrail rəsmisi bildirib.

O qeyd edib ki, Türkiyənin Suriyada hərbi bazasının yaradılması İsrailin “qırmızı xətti”dir.

“Dünən Azərbaycanda İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirilib. Görüşdə İsrail birmənalı şəkildə bildirib ki, Suriyada xarici qüvvələrin yerləşdirilməsində hər hansı dəyişiklik, xüsusən də Palmira bölgəsində türk bazalarının yaradılması “qırmızı xətt”dir”.

Vurğulanıb ki, belə bir addım İsrail tərəfindən etimadın pozulması kimi qiymətləndiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu