Modern.az

Qriqoryan jurnalisti təkzib etdi: Azərbaycan qüvvələri sərhədə toplaşmır!

Qriqoryan jurnalisti təkzib etdi: Azərbaycan qüvvələri sərhədə toplaşmır!

Dünya

10 Aprel 2025, 15:50

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan qüvvələrinin sərhədə yaxın yerdə cəmlənməsini qəti şəkildə təkzib edir.

Modern.az xəbər verir ki, hökumətin bugünkü iclasından sonra keçirilən brifinqdə jurnalistlər Qriqoryandan sərhəddə nələrin baş verdiyini və hər şeyin hərbi əməliyyatla bitib-bitməyəcəyini öyrənməyə çalışıblar.

Sərhəd yaxınlığında Azərbaycan hərbi qüvvələrinin cəmləşməsi ilə bağlı sualı cavablandıran Qriqoryan məlumatın haradan gəldiyini soruşub və şayiələrə inanmamağı tövsiyə edib.

Qriqoryan əmin edib ki, etibarlı məlumat olarsa, Müdafiə Nazirliyi onu mütləq ictimaiyyətlə bölüşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular