Modern.az

Kavelaşvili gələn həftə Azərbaycana gəlir

Kavelaşvili gələn həftə Azərbaycana gəlir

Dünya

11 Aprel 2025, 20:51

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.

 

Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Gürcüstan Prezidentinin Azərbaycandan sonra Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir