Modern.az

Gürcüstan "3+3"ə qoşulmağı planlaşdırmır

Gürcüstan "3+3"ə qoşulmağı planlaşdırmır

12 Aprel 2025, 20:43

Gürcüstan Cənubi Qafqaz üzrə "3+3" platformasına qoşulmağı planlaşdırmır.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Antalya diplomatik forumu çərçivəsində müzakirə zamanı bildirib.

"Gürcüstan bu formatın ("3+3") bir hissəsi deyil. Biz bütün qonşularımızla əməkdaşlıq edirik. Yalnız Rusiya istisnadır və bunun səbəbi var. Buna görə biz bu formatın bir hissəsi olmağı nəzərdən keçirmirik və keçirə bilmərik", - deyə Boçorişvili bildirib.

O qeyd edib ki, Gürcüstanın Rusiya ilə yalnız bir formatı var - Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üzrə Beynəlxalq Cenevrə müzakirələri.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu