Modern.az

Ərdoğan Suriyaya GEDƏCƏK

Ərdoğan Suriyaya GEDƏCƏK

Dünya

13 Aprel 2025, 14:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.

 

Modern.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyən nazir vurğulayıb ki, Türkiyə Suriya ilə əlaqədar siyasətində qərarlı və sabitdir.

 

H.Fidan onu da qeyd edib ki, NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin son toplantısında Suriyanın müdafiəsi ilə bağlı atılacaq diplomatik addımlar müzakirə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu