Modern.az

ABŞ və İran danışıqlarının yeri dəyişə bilər

ABŞ və İran danışıqlarının yeri dəyişə bilər

Dünya

13 Aprel 2025, 18:42

“İran və ABŞ arasında dolayı danışıqların ikinci raundu Omanda baş tutmaya bilər, lakin Maskat vasitəçi rolunu oynamağa davam edəcək”.

 

Modern.az “İRNA”ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.

 

“Biz indi danışıqların Omanda, yoxsa başqa yerdə olacağını müzakirə edirik. Lakin Oman istənilən halda vasitəçi rolunu oynamağa davam edəcək. Qeyd etmək vacibdir ki, format dolayı olaraq qalacaq və Oman vasitəçiliyi ilə danışıqlar davam etdiriləcək”, - deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu