Modern.az

Bülent Ersoyun sərvəti: villalar, sauna və yaxta...

Bülent Ersoyun sərvəti: villalar, sauna və yaxta...

Dünya

14 Aprel 2025, 21:23

Türkiyənin məşhur sənətkarı, türk musiqisinin “diva”sı hesab edilən Bülent Ersoyun var-dövləti açıqlanıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, lüks və bahalı həyat tərzi ilə tez-tez medianın gündəmini zəbt edən sənətçi bu dəfə əmlak siyahısı ilə diqqət çəkib.

Türkiyə mediasının yazdığına görə, Bülent Ersoyun yalnız İstanbulda deyil, ölkənin turizm bölgələri olan Muğla və Antalyada da əmlakları var.

Açıqlanan əmlak siyahısında aşağıdakılar var:

İstanbulda 28 mənzil və 4 lüks villa

Antalya, Marmaris və Bodrumda villalar

İstanbul Fənərbaxçada şəxsi sauna

Antalya, Fəthiyədə yanacaqdoldurma məntəqəsi 

30 metrlik lüks yaxta

Kirayəyə verdiyi maşınlar və kranlar.

Bütün bu əmlaklar sənətçinin illər boyu əldə etdiyi sərvətin yalnız bir hissəsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu