Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə bugünkü çıxışı etirazla qarşılanıb.
Modern.az erməni KİV-ə istinadən xəbər verir ki, müxalif "Şərəfim var" fraksiyasının deputatları Baş nazirin çıxışı zamanı parlament zalını tərk ediblər.
Paşinyanın çıxışı hökumətin 2024-cü il üzrə hesabatı ilə əlaqəli olub.