Modern.az

Mirzoyan fransalı həmkarı ilə regionu müzakirə etdi

Mirzoyan fransalı həmkarı ilə regionu müzakirə etdi

Dünya

15 Aprel 2025, 20:40

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı onu Cənubi Qafqazdakı sülh prosesi barədə məlumatlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə A.Mirzoyan “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

"Jan-Noel Barro ilə söhbət zamanı ikitərəfli gündəliyimiz çərçivəsində qarşıdan gələn görüşləri müzakirə etdik. Onu regiondakı vəziyyət və Azərbaycanla sülh sazişinin imzalanması yolu da daxil olmaqla Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə yönəlmiş davamlı səylər barədə məlumatlandırdım", - o yazıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu