Modern.az

ABŞ Ermənistana yardımı DAYANDIRDI

ABŞ Ermənistana yardımı DAYANDIRDI

Dünya

15 Aprel 2025, 23:07

ABŞ dövlət katibi Marko Rubio bir sıra xarici ölkə üçün nəzərdə tutulan 215 milyon dollar qrantı ləğv edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Hökumətin Effektivliyi Departamenti (DOGE) məlumat yayıb.

"Bu gün ümumi dəyəri 215 milyon dollar olan 139 faydasız qrantı ləğv edib", - məlumatda bildirilib.

Qeyd olunub ki, söhbət Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Livan, Mavritaniya, Moldova, Tunis və Özbəkistandakı layihələrdən gedir.

Ermənistanda “Demokratik Mədəniyyətin Təşviqi” proqramının maliyyələşdirilməsi üçün 2 milyon dollar ayrılması nəzərdə tutulmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu