İsrailin baş naziri Benyamin Netanyahu dünən Qəzza zolağının şimalına səfər edib.
Modern.az xəbər verir ki, bu barədə “Times of Israel”in məlumatında bildirilib.
Netanyahunu Qəzza zolağına səfəri zamanı, əvvəlki səfərlərdə olduğu kimi, "Şin Bet" təhlükəsizlik xidmətinin rəsmisi müşayiət etməyib.
Adətən İsrail baş nazirinin getdiyi əraziyə cavabdeh olan "Şin Bet"in nümayəndəsi müşayiət edir və qiymətləndirmə aparırdı.
Xəbərə cavab olaraq Netanyahunun ofisi deyib: “Bu, "Şin Bet"in səfəri deyil, hərbi səfər idi”.
.