Modern.az

Türkiyə parlamentinin sədr müavini xəstəxanaya yerləşdirildi

Türkiyə parlamentinin sədr müavini xəstəxanaya yerləşdirildi

Dünya

16 Aprel 2025, 11:14

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyyə Öndər xəstəxanaya yerləşdirilib.

Modern.az TRT kanalına istinadən xəbər verir ki, onun ürək damarlarında problem yaranıb.

Deputatın ürəkdən çıxan əsas damarında yırtılma yaranıb və təcili əməliyyata alınıb.

O, İstanbulun Şişli bölgəsində özəl xəstəxanada müalicə olunur.

Həkimlərin sözlərinə görə, bu ürək xəstəlikləri arasında ən ağır əməliyyatlardan biridir və xəstənin həyati təhlükəsi hələ də qalır. 


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!