Modern.az

Paşinyandan Sarkisyana sərt cavab: Qarabağ hərəkatı davam etməyəcək!

Paşinyandan Sarkisyana sərt cavab: Qarabağ hərəkatı davam etməyəcək!

Dünya

16 Aprel 2025, 15:44

“Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, aprelin 16-da jurnalistlərlə söhbətində müxalifətin və eks-prezident Serj Sarkisyanın Qarabağ səhifəsinin bağlanmadığına və bu məsələnin siyasi gündəmə qaytarılmasına dair bəyanatlarına reaksiya verərəkən bildirib:

“Mən bu bəyanatları hələ onlar verilməzdən əvvəl cavablandırmışam və demişəm ki, Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”.

O, Serj Sarkisyanın hakimiyyətin ələ keçirildiyi barədə iddiasına da münasibət bildirib.

“Qoy Serj Sarkisyan görsün ki, o zaman nə deyib” – deyə hökumət başçısı fikrini yekunlaşdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi