Modern.az

“Hababam sinifi” 50 il sonra - FOTO

“Hababam sinifi” 50 il sonra - FOTO

Dünya

18 Aprel 2025, 08:55

Türkiyənin klassik kino incilərindən sayılan “Hababam sinifi” filminin 50 illiyi münasibətilə İstanbulda yerləşən Adilə Sultan Qəsrində xüsusi tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə filmdə rol alan aktyorlar və çoxsaylı tamaşaçılar iştirak ediblər.

Qonaqlar çəkiliş meydançasına çevrilən sinif otaqlarını və tarixi dekorasiyaları yenidən ziyarət ediblər. Aktyorlar 50 il əvvəlki xatirələrini bölüşüb, filmin heç vaxt unudulmayacağını bildiriblər.

Teoman Ayık, Bülent İğdiroğlu və Ahmet Arıman mərhum aktyorları yad edərək onların irsini yaşatdıqlarını söyləyiblər.

Qeyd edək ki, film Rıfat İlgazın eyniadlı əsəri əsasında çəkilmişdi.

1429668

1429669

1429670

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu