Modern.az

ABŞ bu ölkəyə hücum etdi - 22 nəfər ÖLDÜ

ABŞ bu ölkəyə hücum etdi - 22 nəfər ÖLDÜ

Dünya

18 Aprel 2025, 09:05

ABŞ Ordusu Yəməndə husi qiyamçılarının mövqelərinə zərbələr endirib.

Modern.az-ın xəbərinə görə, Yəmənin "Al Masirah" telekanalı hücum nəticəsində 22 nəfərin həlak olduğunu, onlarla işçinin yaralandığını bildirib.

Məlumata görə, hücumlar cümə gecəsi Qırmızı dəniz sahilində yerləşən Əl-Hudeyda vilayətindəki Ras-İsa limanına, xüsusilə oradakı neft terminalına yönəlib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da məlumatı təsdiqləyib.

Qurum bəyan edib ki, amerikalı hərbçilərin endirdiyi zərbələr nəticəsində Yəmənin Qırmızı dəniz sahilində, Əl-Hudeydə vilayətində yerləşən Ras-İsa limanı tamamilə məhv edilib.

“Məqsəd İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini məhv etmək idi”, – deyə açıqlamada bildirilir.

"CENTCOM"un versiyasına görə, husilərin nəzarətində olan Ras-İsa limanının məhv edilməsi radikal qruplaşmanı neft məhsullarının satışından əldə edilən qanunsuz gəlirdən və yanacağa çıxış imkanından məhrum edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu