ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff İsrailin xüsusi xidmət orqanının - MOSSAD-ın rəhbəri David Barnea ilə görüşüb.
Modern.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, görüşdə İsrailin strateji planlaşdırma naziri Ron Dermer iştirak edib. Danışıqların bağlı qapılar arxasında qeyri-rəsmi şəraitdə keçirildiyi bildirilir.
Uitkoff İsrailli rəsmilərlə İranın nüvə proqramı üzrə aparılan ABŞ-İran danışıqlarını müzakirə edib.