Modern.az

Rusiya vətəndaşı olmayanlar da hərbi xidmətə gedə biləcək

Rusiya vətəndaşı olmayanlar da hərbi xidmətə gedə biləcək

Dünya

18 Aprel 2025, 21:01

Rusiya hökuməti vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələri sıralarına qoşulmaq hüququnu verən qanun layihəsini Dövlət Dumasına təqdim edib.

 

Modern.az bu barədə  Rusiya KİV-ə istinadən xəbər verir.

 

 

“Qanun layihəsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsini nəzərdə tutur, dəyişikliklərə əsasən, vətəndaşlığı olmayan şəxslərə Rusiya Silahlı Qüvvələrində və hərbi birləşmələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamaq hüququnun verilməsi nəzərdə tutulur”, - layihənin izahatında bildirilir.

 

Qeyd olunur ki, qanun layihəsi müqavilə əsasında hərbi xidmətə gedə biləcək şəxslərin dairəsini genişləndirmək məqsədi daşıyır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu