Modern.az

İbrahim Kalın HƏMAS nümayəndələri ilə görüşdü

İbrahim Kalın HƏMAS nümayəndələri ilə görüşdü

19 Aprel 2025, 18:23

Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüş keçirib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, HƏMAS nümayəndə heyətinə danışıqlarda Siyasi Büronun rəisi Məhəmməd Dərviş başçılıq edib. Danışıqların əsas mövzusu Qəzza zolağında humanitar durum olub.

 

Tərəflər Qəzza sakinlərinə humanitar yardımın çatdırılması üçün mümkün tədbirləri və bu istiqamətdə beynəlxalq səylərin əlaqələndirilməsini müzakirə ediblər.

 

Həmçinin görüş iştirakçıları Qəzzada davamlı və hərtərəfli atəşkəsə nail olmaq üçün səylərlə bağlı cari vəziyyəti qiymətləndiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?