Modern.az

İsrail HƏMAS-a qarşı hərbi təzyiqi ARTIRACAQ

İsrail HƏMAS-a qarşı hərbi təzyiqi ARTIRACAQ

Dünya

20 Aprel 2025, 11:07

İsrail, Qəzza Zolağında əsir götürülmüş şəxslərin azad edilməsi barədə razılaşmanı rədd edən radikal Fələstin hərəkatı HƏMAS-a qarşı hərbi təzyiqi artırmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu ölkə vətəndaşlarına ünvanladığı çıxışında bildirib.

 

"İsrail Müdafiə Ordusuna sərt tədbirlər görməyi və HƏMAS-a qarşı təzyiqi daha da artırmağı tapşırdım", - deyə Netanyahu vurğulayıb.

 

O, həmçinin İsrailin HƏMAS-ın Qəzza Zolağında hakimiyyətdə qalmasına icazə verməyəcəyini və müharibəni qələbə ilə sona çatdıracağını əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu