Modern.az

Dəhşətli yol qəzası - Ölənlər və yaralananlar var

Dəhşətli yol qəzası - Ölənlər və yaralananlar var

Dünya

20 Aprel 2025, 14:47

Əfqanıstanın şimalındakı Baqlan əyalətinin Salanq aşırımında yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Xinxua” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

 

Məlumata görə, yük maşınının sürücüsü idarəetməni itirib, avtomobil dörd nəqliyyat vasitəsinə çırpılıb.

 

Salanq Xidmət İdarəsinin rəisi Fəzal Rəbinin sözlərinə görə, hadisə nəticəsində iki sərnişin yerindəcə ölüb, 11 nəfər yaralanıb.

 

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu