Modern.az

Berlinin mərkəzində ATIŞMA

Berlinin mərkəzində ATIŞMA

Dünya

20 Aprel 2025, 16:46

Naməlum silahlı şəxslər bazar günü səhər tezdən Almaniyanın paytaxtı Berlinin mərkəzindəki "Hilton" otelinin qarşısında atəş açıb. Nəticədə azı bir nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

 

Hadisə saat 04:45 (Bakı vaxtı ilə saat 06:45) radələrində baş verib. Polis azı iki şübhəlini axtarır. Ərazi mühasirəyə alınıb.

 

Həftə sonu Bad Nauheim (Hessen) şəhərində daha bir atışma hadisəsi baş verib. Orada naməlum şəxs yaşayış binasının yaxınlığında atəş açıb. İki kişi ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu