Modern.az

Həbsxanadan qaçış cəhdi - Azı 4 ölü

Həbsxanadan qaçış cəhdi - Azı 4 ölü

Dünya

20 Aprel 2025, 17:00

Çadın mərkəzində Monqo həbsxanasından qaçmağa cəhd edən dörd məhbus ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Xinxua” mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, müəssisədəki pis şəraitə etiraz olaraq həbsxanaya gizli şəkildə silah gətirilib. Sonra məhbuslar fürsətdən istifadə edərək həbsxanadan qaçıblar.

 

Yerli təhlükəsizlik rəsmiləri insident zamanı dörd məhbusun öldüyünü və bir neçə həbsxana mühafizəçisinin yaralandığını bildirib.

 

Məlumata görə, 130-dan çox məhbus qaça bilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir