Modern.az

Göygöldə ağır qəza - ölən var

Göygöldə ağır qəza - ölən var

Dünya

20 Aprel 2025, 23:40

Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

 

Qəza zamanı 1990-cı il təvəllüdlü R.İmanov hadisə yerində ölüb, bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər