Modern.az

Tramp Roma Papasının dəfnində iştirak edəcək

Tramp Roma Papasının dəfnində iştirak edəcək

Dünya

22 Aprel 2025, 07:28

ABŞ prezidenti Donald Tramp bazar ertəsi vəfat edən Papa Fransiskin dəfn mərasimi üçün bu həftə Vatikana səfər edə bilər.

 

Modern.az-ın məlumatına görə, bu barədə "The New York Post" qəzeti mənbələrə istinadən xəbər verib.

 

"Prezident Trampın bu həftənin sonunda Vatikanda Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyi gözlənilir", - deyə qəzet prezidentin planları ilə tanış olan mənbələrə istinadən yazıb.

 

Bildirilib ki, Papanın dəfn mərasimi onun ölümündən sonra dördüncü və altıncı günlər arasında keçirilməlidir. Hələlik mərasimin dəqiq tarixi müəyyən edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır