Ötən gün vəfat edən Roma Papası Fransisklə vida mərasimi başlayıb.
Modern.az-ın məlumatına görə, mərasim "Müqəddəs Marta"nın evində baş tutur.
Məlumata görə, Fransiskin dəfn mərasimi aprelin 26-da keçiriləcək. O, "Santa Maria Maggiore" bazilikasında dəfn ediləcək.
Müqəddəs Taxt-Tac mərhumun tabutda olan fotosunu da dərc edib.
Görüntülərdə dövlət katibi Pietro Parolin, arxiyepiskop Dieqo Covanni Ravelli və digər kardinalların Frensiskin meyitinin yanında dayandıqları əks olunub.
Qeyd edək ki, Roma Papası 88 yaşında insult, koma və ürək-damar çatışmazlığından dünyasını dəyişib.