Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında yerləşən Balışixa bölgəsində "Volkswagen" markalı avtomobil partlayıb.
Modern.az-ın məlumatına görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Rusiya hakimiyyətinə yaxın teleqram kanalları partlayış nəticəsində ölən şəxslərin Rusiya ordusunun yüksək rütbəli hərbçi olduğunu qeyd edib.
"Mash" və "Shot" kanalları bildirir ki, ölən şəxs Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini, general-mayor Yaroslav Moskalikdor.
Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinad edən "Baza" nəşrinin məlumatına görə, partlayıcı qurğu avtomobildə yerləşdirilib və uzaqdan idarə edilərək işə salınıb. Partlayış zamanı zabit avtomobilin yanından keçirmiş. Onun Balışixada yaşadığı qeyd olunur.
59 yaşlı generalın 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilib.
Rusiya İstintaq Komitəsi avtomobilin partladılması nəticəsində Moskalikin ölümünü təsdiqləyib və hadisə ilə bağlı cinayət işi açıb. Komitə generalın ölümü ilə nəticələnən baş vermiş hadisəni qətl kimi tövsif edib.
Rəsmi açıqlamada bildirilir ki, hadisə saat 10:30-da generalın Aviatorov mikrorayonunda, Nesterov bulvarındakı evindən çıxaraq həyətdə saxladığı maşınına tərəf getdiyi zaman törədilib. Bu zaman girişin yaxınlığında yerləşən “Volkswagen” markalı avtomobil partlayıb. Partlayış dalğası general Moskaliki bir neçə metr geriyə atıb.
“Kommersant” yazır ki, avtomobilin içərisində lüləli qumbaraatan üçün güllələrdən və partlayıcılardan ibarət partlayıcı qurğu olub. Güc baxımından demək olar ki, bir kiloqram TNT-ə bərabər olub.
Müstəntiqlərin fikrincə, partlayıcı qurğu uzaqdan işə salınıb, hədəf isə isə bombanın içərisinə təkərlər üzərində quraşdırılmış videokamera vasitəsilə müşahidə edilib. Ancaq dəqiq məlumatlar partlayıcı ekspertizanın nəticələrinə əsasən ortaya çıxacaq.
Qeyd edək ki, hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Xatırladaq ki, bundan əvvəl dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində yerləşən yaşayış binasının yaxınlığında partlayış törədilib. Hadisə nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olub.