Modern.az

Putin Trampın xüsusi nümayəndəsi ilə görüşdü

Putin Trampın xüsusi nümayəndəsi ilə görüşdü

Dünya

25 Aprel 2025, 16:00

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Amerika Birləşmiş Ştatları Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş keçirilib.

Modern.az Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Rusiya tərəfini Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru, RF Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil ediblər.

Bu, V.Putin və S.Uitkoff arasında dördüncü görüşdür. Trampın xüsusi nümayəndəsi aprelin 25-də səhər saatlarında Moskvaya gəlib. Onların əvvəlki görüşü Sankt-Peterburqda baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər