Modern.az

Tramp-Zelenski görüşü məhsuldar keçib - AĞ EV

Tramp-Zelenski görüşü məhsuldar keçib - AĞ EV

26 Aprel 2025, 14:55

ABŞ prezidenti Donald Tramp Papa Fransiskin dəfn mərasimi ərəfəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə “çox məhsuldar söhbət” edib.

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmisi bildirib.

Onun sözlərinə görə, prezidentlər "bu gün təkbətək" görüşüblər. O, daha sonra ətraflı məlumat verəcəyini vəd edib.

Məlumata görə, görüş 15 dəqiqə davam edib.

***

14:55

Aprelin 26-da Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında görüş baş tutub.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Ofisindən məlumat verilib.

"Sky News"un məlumatına görə, Tramp və Zelenski Vatikanda Papa Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.

1431736

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər