İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb.
Modern.az bu barədə yerli mediaya istinadən xəbər verir.
Partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb.
***
17:13
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə IRIB telekanalı bildirib.
Qeyd olunur ki, dörd nəfərin öldüyü təsdiqlənib.
Ölənlərin sayının artacağı istisna edilmir.
***
16:07
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.
Modern.az xəbər verir ki, bu barədə təcili tibbi yardım xidmətinin nümayəndəsi Babok Yektaparast məlumat verib.
***
14:42
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.
Modern.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Hormüzqan əyaləti fövqəladə hallar üzrə idarəsi məlumat yayıb.
Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.
Hadisə yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.
***
13:39
İranın Bəndər Abbas şəhərində güclü partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış şəhərdə yerləşən Şəhid Rəcai limanında baş verib və səsi yaxınlıqdakı şəhərlərdə də eşidilib.
Hormozqan Böhranlı Vəziyyətləri İdarəetmə Departamentinin baş direktoru xəbəri təsdiqləyib, lakin dağıntılar və itkilər barədə əlavə məlumat verməyib.