Modern.az

Pakistanlı nazirdən Hindistana XƏBƏRDARLIQ

Pakistanlı nazirdən Hindistana XƏBƏRDARLIQ

27 Aprel 2025, 10:23

“Pakistanın Hindistana qarşı eskalasiya olmadan hərbi münaqişəyə başlamaq planı yoxdur”.

 

Modern.az-ın məlumatına görə, bunu Pakistanın müdafiə naziri Xavaca Asif “RİA Novosti”yə müsahibəsində deyib.

 

“Bizim heç bir hərəkətə başlamaq fikrimiz yoxdur. Amma hər hansı bir hərəkət və reaksiya olacaqsa, reaksiyamız hərəkətə uyğun olacaq. Ona görə də düşünürəm ki, bu, mövcud duruma aydınlıq gətirir: biz vəziyyəti gərginləşdirmək və ya nəyəsə başlamaq istəmirik”, - deyə o bildirib.

 

Asif əlavə edib ki, Hindistan Pakistanı işğal etməyə və ya ölkəyə hücum etməyə cəhd edərsə, daha proporsional cavabla üzləşəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər