Modern.az

Trampdan Ukrayna ilə bağlı XAHİŞ

Trampdan Ukrayna ilə bağlı XAHİŞ

Dünya

27 Aprel 2025, 10:50

ABŞ prezidenti Donald Tramp estoniyalı həmkarı Alar Karisi əmin edib ki, Vaşinqton Kiyev və Moskva arasında danışıqlar prosesindən geri çəkilməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” ERR-ə istinadən məlumat yayıb.

 

A.Karis bildirib ki, o, Trampdan sülh prosesinin necə getdiyini soruşub və ondan ABŞ-nin Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçi kimi qalması üçün əlindən gələni etməsini istəyib.

 

“Mən sülh prosesinin necə getdiyini soruşdum və ondan prosesin davam etməsi, ABŞ-nin (vasitəçi rolundan – red.) geri çəkilməməsi üçün hər şeyi etməsini xahiş etdim”, - Estoniya prezidenti bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər