Modern.az

HƏMAS bəzi şərtlərlə məhbus mübadiləsinə HAZIRDIR

HƏMAS bəzi şərtlərlə məhbus mübadiləsinə HAZIRDIR

Dünya

27 Aprel 2025, 18:43

HƏMAS nümayəndə heyəti Misirdəki vasitəçilərlə Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə edərək birdəfəlik girov mübadiləsinə və beş illik atəşkəsə hazır olduqlarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bunu adının açıqlamasını istəməyən HƏMAS rəsmisi Fransa mətbuatına verdiyi açıqlamada deyib.

 

Məlumatda bildirilir ki, HƏMAS-ın nümayəndə heyəti Qəzza zolağında atəşkəs və girovların mübadiləsi ilə bağlı danışıqların bir hissəsi olaraq Misirin paytaxtı Qahirəyə gəlib. Heyət burada beş illik atəşkəs şərtilə girovları azad etməyə hazır olduğunu deyib.

 

Həmas rəsmisi Mahmud Mərdəvi isə Qahirədə aparılan danışıqlarla bağlı açıqlamasında belə deyib: "Bu dəfə biz müharibənin bitdiyinə dair zəmanət tələb edəcəyik. İşğalçı qismən razılaşdıqdan sonra müharibəyə qayıda bilər. Lakin hərtərəfli razılaşma və beynəlxalq zəmanətlə bunu edə bilməyəcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər