Modern.az

Husilər ABŞ-nin 7 PUA-sını VURDU

Husilər ABŞ-nin 7 PUA-sını VURDU

Dünya

27 Aprel 2025, 18:14

Yəməndəki husilər 6 həftə ərzində ABŞ-nin 7 ədəd “MQ-9 Reaper” PUA-sını vurublar.

 

Modern.az xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmiləri, 6 həftədə vurulan PAU -ların ümumi sayının 7-yə yüksəldiyini və vurulan PUA-ların dəyərinin 200 milyon dolları ötdüyünü deyiblər.

 

Dünən Pentaqon rəsmilərinin paylaşdığı məlumata görə, husilərin PUA-lara qarşı hücum imkanlarında nəzərəçarpacaq dərəcədə irəliləyiş var.

 

Qeyd edək ki, “General Atomics” tərəfindən istehsal edilən və təxminən 30 milyon dollar dəyərində olan “MQ-9 Reaper” PUA-ları 40 min futa qədər yüksəklikdə (təxminən 12.100 metr) uça bilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər