Modern.az

Sabah İranda Milli Matəm Günü olacaq

Sabah İranda Milli Matəm Günü olacaq

Dünya

27 Aprel 2025, 16:51

İranda 28 aprel Milli Matəm Günü elan edilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İran hökuməti məlumat yayıb.

 

Qeyd edilib ki, Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar 28 aprel Milli Matəmi Günü elan olunub.

 

Bundan əvvəl Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilmişdi.

 

Xatırladaq ki, son məlumata əsasən, aprelin 26-da İranda limanda partlayış nəticəsində ölənlərin sayı 28-ə nəfərə çatıb, 6 nəfər itkin düşüb, 1139 yaralı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər