Modern.az

Tramp "dayan", Lavrov "davam" dedi

Tramp "dayan", Lavrov "davam" dedi

Dünya

27 Aprel 2025, 21:40

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın Vladimir Putinə çağırışına münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, Amerikanın CBS teleşirkətinə müsahibəsində danışıb.

Aprelin 24-nə keçən gecə Rusiya ordusu dron və raketlərdən istifadə etməklə Ukrayna paytaxtına hücum edib, 12 dinc sakin həlak olub, 90-dan çoxu yaralanıb. Tramp hücumdan sonra özünün "Truth" sosial səhifəsində yazıb: "Buna ehtiyac yoxdur. Vladimir, dayan. Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Hər həftə 5000 əsgər ölür. Gəlin sülh sazişi imzalayaq".

CBS jurnalisti Lavrovdan Moskvanın Trampın çağırışlarına əməl etməyə hazır olub-olmadığını soruşub.

“Biz Ukrayna ordusunun istifadə etdiyi obyektlərə, başqa ölkələrdən olan bəzi muzdlulara və təlimatçılara zərbələr endirməyə davam edəcəyik”, - Lavrov bildirib.

Kiyevə zərbənin səhv olub-olmaması ilə bağlı birbaşa suala cavab olaraq Lavrov deyib: “Bu, Ukrayna hərbçilərinin, Müdafiə Nazirliyinin istifadə etdiyi hədəf idi, döyüş meydanındakı komandirlərin onlara hücum etmək hüququ var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər