Modern.az

Gürcüstan Prezidenti İrəvandadır - YENİLƏNİB

Gürcüstan Prezidenti İrəvandadır - YENİLƏNİB

Dünya

28 Aprel 2025, 20:15

Gürcüstan prezidenti Mixeil Kavelaşvili İrəvanda səfərdədir.

Modern.az xəbər verir ki, Zvartnots beynəlxalq hava limanında Gürcüstan prezidentini Ermənistanın Baş nazirinin müavini Tiqran Xaçaturyan qarşılayıb.

O, səfər çərçivəsində erməni həmkarı Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanla görüşlər keçirəcək. Prezident, həmçinin bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.

***

Gürcüstan Prezidenti Mixail Kavelaşvili bu gün İrəvana yola düşüb.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində o, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla təkbətək, daha sonra geniş tərkibdə görüşəcək, bundan sonra tərəflər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

M.Kavelaşvili həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.

Gürcüstan nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament sədrinin birinci müavini Georgi Volski və başqaları daxil olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər