Modern.az

Bəşər Əsədin atasının məzarı qazılıb, sümükləri oğurlandı (VİDEO)

Bəşər Əsədin atasının məzarı qazılıb, sümükləri oğurlandı (VİDEO)

Dünya

28 Aprel 2025, 13:10

Suriyanın sabiq prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin Əl-Laziqiyyə vilayətinin Qardaha şəhərindəki qəbri  qazılıb və qəbirdə olan sümüklər oğurlanıb.

Modern.az xəbər verir ki, bununla bağlı görüntülər  "Telegram" kanallarında dərc edilib.

Belə ki, videoda məzarın sinə daşının tamamilə dağıdıldığı, məzarın qazılaraq oradakı sümüklərin götürüldüyü aydın görünür.

Məlumat üçün əlavə edək ki, Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər