Modern.az

Pakistan hava məkanını BAĞLADI

Pakistan hava məkanını BAĞLADI

Dünya

28 Aprel 2025, 21:37

Pakistan 28-30 aprel tarixlərində Lahor və İslamabad arasındakı hava məkanının bir hissəsini böyükmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirmək məqsədilə bağladığını elan edib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, Pakistan Hərbi Hava Qüvvələrinin hücum helikopterləri Hindistanla sərhəd zonasına yönəldilib.

Qeyd olunub ki, belə bir addımın atılması Pakistan-Hindistan sərhədində son dövrlərdə artan hərbi fəaliyyətlə əlaqədardır. Pakistan tərəfi hava məkanının bağlanmasını "planlaşdırılmış növbədənkənar hazırlıq" kimi qiymətləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər