Modern.az

Gürcüstanda müxalifət telekanalı bağlanır

Gürcüstanda müxalifət telekanalı bağlanır

Dünya

29 Aprel 2025, 10:42

Gürcüstanın müxalif “Mtavari arxi” telekanalı yaxın vaxtlarda yayımını tamamilə dayandıracaq.

Modern.az xəbər verir ki, bu barədə “Axali” siyasi partiyasının təsisçisi və lideri Nika Qvaramiya öz Facebook səhifəsində bildirib.

O vurğulayıb ki, telekanal bağlanacaq, lakin yeni kanalın açılacağına inanır. Qvaramiyanın fikrincə, əsas odur ki, “ölkə bağlanmır” və buna görə hər şey öz mənasını itirməsin.

“Mtavari arxi” maliyyə çətinlikləri səbəbindən fevralın 15-dən xəbər proqramlarının və əyləncəli tok-şouların yayımını dayandırıb. Telekanal yalnız teleserialların və köhnə verilişlərin nümayişinə davam edir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər