Modern.az

Restoranda yanğın oldu: 22 nəfər öldü

Restoranda yanğın oldu: 22 nəfər öldü

Dünya

29 Aprel 2025, 14:54

Çinin Liaoninq əyələtində yerləşən restoranlardan birində yanğın baş verib.

Modern.az xəbər verir ki, yanğın nəticəsində 22 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Yanğının səbəbi hələ ki məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Çin Xalq Respublikasının lideri yaralıların qısa müddət ərzində müalicə edilməsini və həyatını itirən 22 nəfərin ailələrinə lazımi dəstəyin göstərilməsini tapşırıb. Çin lideri həmçinin yanğının səbəbinin ən qısa müddətdə aydınlaşdırılıb təqsirkarların xalq önündə cəzalandırılmasına göstəriş verib.  

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı