İranın İsfahan vilayətində yerləşən anbarda partlayış olub.
Modern.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Hadisə bu gün saat 10:30-da baş verib. Məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Əraziyə xilasedici qruplar, yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub.
Partlayışın səbəbləri barədə hələlik məlumat verilməyib.