İsveçin Uppsala şəhərinin mərkəzində üç nəfər güllələnərək öldürülüb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, cinayəti törədən maskalı şəxs hadisə yerindən qaçıb.
Hadisə ilə əlaqədar bir neçə məhəllə bağlanıb və əlavə polis qüvvələr cəlb olunaraq “xüsusi hadisə rejimi” tətbiq edilib.
Məlumata görə, hadisə axşam saatlarında, Valpurgi gecəsi qeyd olunmağa hazırlaşan zaman, küçələrdə çoxlu adam olarkən baş verib. Şahidlər 8-10 dəfə atəş səsi eşitdiklərini bildiriblər.
Ədliyyə naziri Gunnar Strömmer isə baş verənləri “amansız zorakılıq aktı” adlandırıb. O bildirib ki, hökumət vəziyyəti yaxından izləyir.