Hindistan və Pakistan hərbçiləri arasında atışma olub.
Modern.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Bildirilib ki, atışma Cammu bölgəsində baş verib.
Məlumata görə, bu, Pahalqamdakı hadisələrdən sonra Hindistan və Pakistan orduları arasında baş vermiş ilk qarşılıqlı atışmadır.
Qeyd olunub ki, indiyədək tərəflər yalnız atıcı silahlar və ağır pulemyotlardan istifadə edirdisə, artıq artilleriya vasitələri də işə salınıb.