Modern.az

Avropada ötən il bu qədər insan yoxsulluq həddində yaşayıb - STATİSTİKA

Avropada ötən il bu qədər insan yoxsulluq həddində yaşayıb - STATİSTİKA

Dünya

30 Aprel 2025, 15:18

Avropa İttifaqı (Aİ) ölkələrinin əhalisinin 21%-i 2024-cü ildə yoxsulluq  və ya sosial təcrid riski ilə üzləşib.

Modern.az xəbər verir ki, bu informasiya Avropa Statistika Ofisinin (Eurostat) yaydığı məlumatda öz əksini tapıb.

Beləliklə, ötən il Aİ ölkələrində ümumilikdə 93,3 milyon nəfər yoxsulluq həddində həyatlarını davam etdiriblər.

Yoxsulluq həddində yaşayanların sayının ən yüksək olduğu ölkələr aşağıdakılar olub:

-Bolqarıstan-30,3%

-Rumınya-27,9%

- İspaniya-25,8%

-Litviya-25,8%.

Yoxsulluq və sosial təcrid səviyyəsinin aşağı olduğu ölkələrin siyahısına isə bu dövlətlər daxildir:

-Çexya-11,3%

-Slovenya-14,4%

-Niderland-15,4%

-Polşa-16%

-İrlandiya-16,7%

Yoxsulluk səviyyəsi Almaniyada 21,1%, Fransada 20,5%, İtaliyada isə 23,1% olaraq təsbit olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı