Modern.az

İsrail Fransanın yardımından imtina etdi

İsrail Fransanın yardımından imtina etdi

Dünya

1 May 2025, 15:06

Məlum olduğu kimi, İsrail hazırda Yerusəlim ətrafında qeydə alınan meşə yanğınları ilə mübarizə aparır.

Modern.az İsrailin “Newsru.co.il” portalına istinadən xəbər verir ki, bu gün ərzində bir neçə ölkədən İsrailə yanğınsöndürən təyyarələrin göndərilməsi gözlənilir.

Bildirilib ki, İsrailə Kiprdən“Bell 412” helikopteri, Xorvatiya və İtaliyadan isə “Canadair CL-415” amfibiya təyyarəsinin gələcəyi gözlənilir.

Bununla belə, qeyd olunub ki, İsrail Xarici İşlər Nazirliyi Fransanı bu ölkədən yardım tələb olunmadığına dair məlumatlandırıb.

Qeyd edək ki, bundan əvvəl, Fransa İsrailə “Canadair CL-415” amfibiya təyyarəsi göndərmək niyyətində olduğunu açıqlamışdı.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər