Modern.az

Trampın müşaviri istefaya gedir

Trampın müşaviri istefaya gedir

Dünya

1 May 2025, 19:59

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Valts istefa verəcək.

 

Modern.az-ın məlumatına görə, onun müavini Aleks Vonq da onunla birlikdə vəzifədən gedəcək.

 

İstefanın ABŞ-ın Yəmənə hücumu ilə bağlı planın “Siqnal” sosial şəbəkəsində “Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberqin də daxil edildiyi qrupda açıqlanması ilə bağlı olduğu bildirilir. Milli təhlükəsizlik üzrə müşavir hadisədən dərhal sonra məsuliyyəti öz üzərinə götürüb.

 

İstefa hələlik rəsmi şəkildə elan olunmayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər