ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq Marko Rubio icra edəcək.
Modern.az-ın məlumatına görə, bu barədə Donald Tramp bildirib.
“Marko Rubio Dövlət Departamentində güclü rəhbərliyini davam etdirməklə yanaşı, milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışacaq. Biz birlikdə Amerika və dünyanı yenidən təhlükəsiz etmək üçün yorulmadan mübarizəyə davam edəcəyik”, - deyə Tramp bəyan edib.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Valts istefa verib.